• 09-avq-2017, 22:12

DƏHŞƏTLİ İSTİLƏRDƏ UŞAQLARI QORUYUN.

 
 -Günün ən isti saatlarında (saat 11 ilə 17 00 arası) uşağı günün altına çıxarmayın.Bu saatlarda çölə çıxmaq məcburiyyətində qalınsa mütləq uşağın başına qoruyucu papaq qoyun və ya çətir tutun

 -Bol su verin.Ayran da ola bilər.Çay yox.Uşaqlara ümumiyyətlə çay verməməyə çalışın.Şirin çay heç verməyin.

 -Gündə 2 dəfə günün isti saatlarında çimizdirin.Çox tərləyən uşaqların bədənini, büküşlərini əlavə olaraq ilıq su ilə silin

 -Yüngül qidalandırın.Yüksək kalorili,şəkərli,un məmulatları əvəzinə,bol vitaminli asan həzm olunan yeməklər verməyə çalışın.İstidə yemək istəməyən uşağı məcbur etməyin.Əvəzinə bol maye verin.

 -Sərin, dəri tənəffüsünə mane olmayacaq boş geyimlər geyindirin.

 İsti havalarda rastlaşa biləcəyiniz problemlərdən,istilik vurma,gün vurma qorunmaq üçün bu qaydalara riayət etməlisiz.
 Gün vurma,istilik vurma əlamətləri və ilk yardım;

 -Qusma,baş ağrısı,hərarətin yüksəlməsi,halsızlıq,süstləşmə,iştahsızlıq

 Yardım: Uşağa duş aldırmaq,sərin yerə aparmaq,və simptomlara görə,qızdırma varsa qızdırmanı düşürmək və s edib təcili yardım çağırmaq lazımdır.

 İstidən qorunmaq üçün kondisionerdən də düzgün istifadə etməyə çalışın.Tempetatur 22-25 dən aşağı olmamalı, kondisioner havası bir başa uşağın üstünə düşməməsinə çalışın.Yaxşı olar ki uşaqlar olan otağa qonşu otaqda yansın.

 İsti saatlarda, sərin otaqlarda onlarla daha çox oyun oynayaraq günümüzü daha aktiv,faydalı və sevgi dolu edə bilərik.

Xoş istirahətlər

loading...

Həmçinin oxuyun