» » UŞAQ BEZLƏRİNİN ZƏRƏRLƏRİ

UŞAQ BEZLƏRİNİN ZƏRƏRLƏRİ

Uzun illərdir, dünyadakı bütün analar körpələri üçün uşaq bezlərindən istifadə edirlər. Nənələrin “bez uşağın ayağını əyir, ziyandı” kimi sözlərinə baxmayaraq, indi uşaq bezi işlətməyən ana tapmaq mümkün deyil. Bəs yaşlı nəslin nümayəndələrinin iddia etdiyi kimi, bez həqiqətənmi uşaq sağlamlığına ziyandır?
Oğlan uşaqlarında sonsuzluq,  uşaqlarda sistit yaradırmı? 

Günümüzdə anaların işini rahatladan bütün vasitələrdən izafi, yerli-yersiz istifadə uşağa zərər verə bilər. Amma düzgün istifadə edildikdə zərərdən daha çox fayda verə bilər. Bez seçimində valideynlər ilk növbədə keyfiyyət məsələsinə üstünlük verməlidilər: “Düzdür, bu, bir az da maddi vəziyyətlə bağlı olan məsələdi. Amma valideynlər ucuz və keyfiyyətsiz bezlərdənsə daha rahat, əsnək olan, mayeni özünə çəkə bilən və dermatitə səbəb olmayan keyfiyyətli bezlərə üstünlük verməlidirlər ki, bəzi sıxıntılarla üzləşməsinlər. Bez uşağın ayına,  çəkisinə uyğun düzgün seçilməlidir. Bəzən uşağın yaşı az olsa da, çəkisi çox olur. Valideyn də bezi sırf uşağın yaşına uyğun alıb taxır, bu zaman bez körpəni sıxır, diskomfort yaradır. Bez tez-tez, vaxtlı-vaxtında dəyişdirilməlidir. Bir də görürsən ana uşağa səhər taxdığı bezi axşam çıxarır. Əlbəttə, bu, doğru deyil. Bu zaman bezin içindəki dəri nəm qalır. Nəmlik isə dəridə göbələk infeksiyasınin  əmələ gəlməsinə şərait yaradır. Bezlə təmasda olan dəri bölgəsinin dermatiti, qızarıqlıq, qaşınma, dəri problemləri, infeksiya kimi problemlər olmasın deyə bezdən düzgün istifadə önəmlidir.Bez vaxtı vaxtında dəyişdirilməli,mümkün olduqca uşağa,bezdən erkən çıxarıb,tualet vərdişi öyrədilməlidir.Bezin oğlan uşaqlarında sonsuzluq yaratması ilə bağlı dolaşan fikirlər həqiqəti əks etdirmir: “Bezlərin oğlan uşaqlarında bilavasitə sonsuzluğa səbəb olduğu həqiqətə uyğun fikir deyil.Oğlan uşaqlarında sperm əmələ gəlməsi pubertat dövrdə baş verir.Bu səbəbdən körpelikdə istifadə edilən bezin sonsuzluq yaratması mümkün deyildir.Ancaq uzun müddət bezdən istifadə uşaqlarda (həm qız,həm oğlan)sidik yolu infeksiyasına səbəb ola bilər.Bu infeksiya bəzi uşaqlarda tək bir əlamət,sidikdə qoxu ilə də keçə bilər.Sidik yolu infeksiyası isə  böyrəklər üçün təhlükəli vəziyyətdir.Uşaqlarda xroniki böyrək çatmazlığının ən sıx səbəblərindəndir. Ona görə də,bezdən doğru istifadə olunsa, bu zərərlərlə üzləşməmiş olarıq. Bəzən görürürük ki, analar bezin içinə parça qoyurlar. Bu, yanlış üsuldur. Bezin tərkibi elə hazırlanıb ki, mayeni özünə çəkir, parça isə yaş qalır. Bu da dəridə dermatit, göbələk infeksiyası, sidik yolu infeksiyasına gətirib çıxara bilər.Vurğulayım ki, nəm salfetlərdən istifadə, dar və sıx uşaq bezi, yaxud sıx alt paltarları da uşaqlarda sidik yolu infeksiyası yarada bilər”.O ki qaldı qız və oğlan uşaqları üçün ayrıca istehsal olunan bezlərə,  onların  önəmli fərqi olmadığını bildirir: “Son vaxtlar oğlan və qız üçün ayrıca bezlər reklam olunur. O bezlərin cins nöqteyi-nəzərindən fərqi yoxdur. Sadəcə biznes maraqları, alıcı cəlb etmək üçün adi bezlərə rəng və forma dəyişikliyi ediblər, vəssalam”.

 Valideynlər uşaqları mümkün olduqca 1 yaşından başlayaraq tualet vərdişini formalaşdırmağa,güvəcə öyrətməyə başlasınlar: “Uşağın güvəcə öyrədilmə yaşı ən gec 1 yaş 8 ayında baş verməlidir. 1 yaşından  başlayaraq uşağı yavaş-yavaş güvəcə öyrədərək, bezdən çıxarmaq lazımdır. Bu, uşağın tualet vərdişinin formalaşması, gigiyenası, sidik yolu infeksiyasının önlənməsi üçün çox vacibdir"
loading...

MƏRCİMƏKLİ QIŞ PÜRƏSİ

MƏRCİMƏKLİ QIŞ PÜRƏSİ

 

UŞAQLARİNİZİ BAŞA DÜŞMƏYƏ ÇALİŞİN

UŞAQLARİNİZİ BAŞA DÜŞMƏYƏ ÇALİŞİN

 

UŞAĞIN ÖDÜNDƏ QURD VAR?

UŞAĞIN ÖDÜNDƏ QURD VAR?

 

UŞAQLAR ÜÇÜN GÜNÜN SUPER DADLI MENYUSU-BROKOLİ ŞORBASI

UŞAQLAR ÜÇÜN GÜNÜN SUPER DADLI MENYUSU-BROKOLİ ŞORBASI

 

Uşaqlarda Vərəm.

Uşaqlarda Vərəm.

 

ÇÖPÇÜ" YOXSA HƏKİM-MÜTƏXƏSSİS?

ÇÖPÇÜ" YOXSA HƏKİM-MÜTƏXƏSSİS?

 

ANA SÜDÜ ALAN UŞAQLAR SU İÇMƏLİDİRMİ?

ANA SÜDÜ ALAN UŞAQLAR SU İÇMƏLİDİRMİ?

 

Febril qıcolmalar (FQ)

Febril qıcolmalar (FQ)

 

YERSİZ İSTİFADƏ EDİLƏN KALSİUM SİROPLARI-ZƏHƏRLİDİR

YERSİZ İSTİFADƏ EDİLƏN KALSİUM SİROPLARI-ZƏHƏRLİDİR

 

UŞAQLARDA BAĞÇA YAŞI

UŞAQLARDA BAĞÇA YAŞI

 

Sağlam qidalanma haqqında-VİDEO

Sağlam qidalanma haqqında-VİDEO

 

7 AYLIQ KÖRPƏ MENYUSU

7 AYLIQ KÖRPƏ MENYUSU

 

Tiklər

Tiklər

 

Əlvida Qrip, Salam Allergiya

Əlvida Qrip, Salam Allergiya

 

UŞAQLARA RESEPT YAZARKƏN...

UŞAQLARA RESEPT YAZARKƏN...

 

Mərcimək

Mərcimək

  

"GÜNDƏ BİR ALMA" PRİNSİPİNİ BİLİRSİNİZ ?

"GÜNDƏ BİR ALMA" PRİNSİPİNİ BİLİRSİNİZ ?

 

12-18 ayda sizi nələr gözləyir?

12-18 ayda sizi nələr gözləyir?

 

Ana südü ilə bağlı yanlışlıqlar.

Ana südü ilə bağlı yanlışlıqlar.

 

ANA SÜDÜNÜN MÖCÜZƏ FAYDALARI!

ANA SÜDÜNÜN MÖCÜZƏ FAYDALARI!

 

QULAQ ÇÖPÜ-XARİCİ OTİT(OTİTİS EXTERNA)

QULAQ ÇÖPÜ-XARİCİ OTİT(OTİTİS EXTERNA)

 

8 AYLIQ KÖRPƏ MENYUSU.

8 AYLIQ KÖRPƏ MENYUSU.

 

UŞAQLARDA ERKƏN DİŞ ÇÜRÜMƏLƏRİNİN SƏBƏBLƏRİ.

UŞAQLARDA ERKƏN DİŞ ÇÜRÜMƏLƏRİNİN SƏBƏBLƏRİ.

 

Uşaqlarda angina sonrası böyrək problemləri.

Uşaqlarda angina sonrası böyrək problemləri.

 

BUNLARI ICEK SAGLAM QALAQ

BUNLARI ICEK SAGLAM QALAQ

 

2-3 aylıq uşağın inkişafına necə kömək edə bilərsiniz?

2-3 aylıq uşağın inkişafına necə kömək edə bilərsiniz?

 

Əmizdirən ana haqqında 10 yalnış məlumat

Əmizdirən ana haqqında 10 yalnış məlumat

 

ZƏHƏRLİ HƏDİYYƏLƏR

ZƏHƏRLİ HƏDİYYƏLƏR

 

Məktəbə başlayan uşaqlar

Məktəbə başlayan uşaqlar

 

PEYVƏND TƏQVİMİ

PEYVƏND TƏQVİMİ