• 01-noy-2016, 22:48

UŞAQLARDA QANAZLIĞI

Uşaqlarda qanazlığının ən sıx səbəbi dəmir əksikliyidir.

Səbəbləri:

-İlk 6 ay vaxtından tez əlavə qidaya başlamaq(başqa qidalar ilk 6 ay ana südündəki dəmirin mənimsənilməsini pozur)

-Əlavə qidaya gec başlamaq(6 aydan sonra uşaq qida rasionuna dəmir,vit C,ilə zəngin qidalar-ət,yumurta,meyvə,tərəvəz daxil edilməlidir)

-1 yaşdan tez uşaqlara inək südünün verilməsi

-Uşaqlara çay vermək

-Gizli qanitirməyə səbəb ola biləcək bəzi xroniki xəstəliklər(İnək südü allergiyası,seliakiya xəstəliyi,xroniki ishallar,qurd xəstəlikləri,mədə xorası və s)
Uşaqlarda ilk 6 ayda dəmir depolarındakı dəmir və ana südü ilə alınan dəmir hesabına qanazlığı demək olar ki görülmür.6 aydan etibarən bu depolar tükənir və hemoqlobin düşməyə başlayır.Ona görə 5-6 ayından etibarən uşaqlara profilaktik dəmir preparatlarının(Ferropol) verilməsi qanazlığını önləmiş olur.

Qanazlığının əlamətləri:

-Avazıma,Əl ayaqda soyuma,İştahsızlıq,Yuxusuzluq,Halsızlıq,tez-tez xəstələnmə, tez yorulma,yaddaşsızlıq,baş ağrıları və s
Uşaqda qanazlığı varmı bilmək üçün sadə bir hemoqramm(qan analizi)yetərlidir.Sadə bir qan analizi ilə uşaqda qanazlığı varmı,hansı növüdür,qanazlığının səbəbi Talassemiya daşıyıcılığıdırmı kimi mühüm bilgilər almaq olur.Odur ki indiyə qədər kimin körpəsinə qan analizi olunmayıbsa mütləq olunsun.Qanazlığı xəstəliyi vaxtında diaqnostika olunarsa, kurs müalucə ilə aradan qalxır. Sağlam olun!



loading...

Həmçinin oxuyun

Şərhlər 1

Aynur (Ziyaretçi)
Gunay xanim necenci aydan qan analizi vermek lazimdir.Menim qizim iki ayliqdir analiz verdik 54%cixdi hemoqlobini...hek8m ferropol yazdi...ama men ehtiyyat eledim vermeye..hardasa oxumuwam ki uwaga 6 ayina kimi qan preparatlari vermek olmaz.sizce verim o dermani?