• 01-noy-2016, 22:30

UŞAQLAR NİYƏ TEZ -TEZ XƏSTƏLƏNİR?

Erkən yaş uşaqların tez tez xəstələnməsi valideynlərin çox böyük narahatlıqlarına səbəb olur.İlk aylarda ana südü ilə qidalanan uşaqlarda təbii immunitetin olmasına bağlı bir qoruyuculuq olur.Adətən 1 yaşdan sonra uşaqlarda "boğaz gəlmə",öskürmə,qrip,ishal,qusma,qulaq ağrisi,sinusit və s ilə xəstələnmə hallarının sayı artır.Bu xəstələnmə halları bağça və erkən məktəb yaşlarında pik həddə çatır,bağçaya gedən və məktəbə başlayan uşaqlarda il boyu burun axma,öskürmə,boğaz ağrısı,asqırma,sidik yolu infeks,qulaq ağrısı,sinusit və s şikayətləri davam edir.Bu durumun tək bir açıqlaması vardır.ERKƏN YAŞLI UŞAQLARDA İMMUN SİSTEMİN YETKİNSİZLİYİ!!.Uşaq orqanizmi mikroblarla yeni tanış olduqda orqanizm bu mikrobla mübarizə aparmaq üçün "xəstələnir".və hər xəstələnmə vaxtında müəyyən qədər immun antitellər qazanmış olur və beləliklə tez tez xəstələnən uşaqların irəli yaşlarda immuniteti daha güclü olur.Odur ki Əziz valideynlər övladınızın tez tez xəstələnməsi onun gələcəkdə daha sağlam və dirəncli olacağından xəbər verir.Lakin uşaqlarda təbii immunitetin formalaşmasına bir sıra maneçiliklər törətmək olmaz!

Məsələn.
-Qızdırmanı tez düşürmək
-Soyuqdan qorxub uşaqları il boyu "qəfəsdə" tutmaq.
-"İstəmir" deyə uşaqlara bol bol meyvə və tərəvəzlərdən məhrum qoymaq(Tərəvəz və meyvə dadlarına uşaqları səbrlə alışdırmaq lazımdır,Qəbulumda olan uşaqların 90 faizinin yediyi tərəvəz kartof,meyvə isə banandır?).
-Virus infeksiyaları zamanı antibiotiklər qəbul etmək.
-Uşaqların yaşına uyğun rutin müayinələrdən keçirməmək.(bilinməyən bəzi xroniki xəstəliklər:raxit.anemiya.sidik yolu infeks zamanı immunitet aşağı olur).
-Uşaqların qeyri-düzgün həyat tərzi,yuxu rejimi,qida rejimi immunitetin formalaşmasına mənfi təsir edən faktorlardır
Sağlam düşüncəli valideyn- Sağlam övlad böyüdər.Hər birinizin maariflənərək sağlam düşüncəyə malik olması və övladlarımızın sağlam olması diləyi ilə..).

loading...

Həmçinin oxuyun