» » Uşaqlarda Qanazlıqının Səbəbləri

Uşaqlarda Qanazlıqının Səbəbləri

Mütəxəssislər deyir ki, bu problemin əsas səbəbi uşaqların düzgün qidalandırılmaması və orqanizmlərindəki xəstəliklərdi
Azərbaycanda anemiya diaqnozu qoyulan uşaqların sayı artır. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2013-cü ildə 20 302 uşağa ilk dəfə anemiya diaqnozu qoyularaq qeydiyyata götürülüb. 2014-cü ildə isə belə uşaqların sayı 24 769-a yüksəlib. Anemiya el arasında qan azlığı adı ilə daha çox tanınır. Bu xəstəlik böyüklər arasında da geniş yayılıb və buna əsas səbəbi olaraq çox vaxt düzgün qidalanmamağı deyirlər. Bəs uşaqlarda bu problemi yaradan səbəblər nələrdir?

5 yaşına qədər uşaqların 60-66 faizində dəmir çatışmazlığı var

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun uşaq şöbəsinin müdiri Gülnarə Hacıyeva bildirdi ki, Azərbaycanda daha çox dəmir çatışmazlığı anemiyasına rast gəlinir. Bu isə hansısa xəstəlikdən dolayı da yarana bilər, düzgün qidalanmamaq səbəbindən də: "Eyni zamanda uşaqların boy atan dönəmlərində dəmir azalmağa meyilli olur. Azərbaycan isti ölkədir və uşaqlarda yay vaxtı qarın pozuntusu çox olur. O da anemiyaya səbəb olan faktordur. 5 yaşına qədər uşaqların 60-66 faizində dəmir çatışmazlığı anemiyası hallarına rast gəlinir. Uşaqlar çox vaxt ana südü ilə qidalandırılmır, düzgün qidalanma rejiminə əməl edilmir. Çox vaxt süni qidalardan istifadə edirlər. 6 ayından uşaqlara meyvə-tərəvəz şirələri, 8-9 ayından ət məhsulları verilməlidir. Çox zaman analar bu cür qida rasionu ilə uşaqları təmin etmirlər. Ona görə də bir yaşına qədər uşaqlarda anemiya hallarına çox rast gəlinir”.
G.Hacıyevanın sözlərinə görə, uşaqda 6 aylığına qədər baş qaldıran anemiyaya səbəb daha çox anada bu problemin olmasıdır: "Ananın qanında hemoqlobin, dəmir aşağı olanda onun dünyaya gətirdiyi uşaqda da problem özünü göstərir. 3-5 aylıq uşaqda anemiya olanda valideynlər deyirlər ki, bu problem necə yarana bilər? O zaman uşağın anasına fikir vermək lazımdır. Analar hamiləlikdən öncə və hamilə vaxtı qanlarını nəzarətdə saxlamalıdırlar”.
 
Anemiyanı xəstənin üzünə baxanda bilmək olur

Şöbə müdiri deyir ki, anemiyanı xəstənin üzünə baxan kimi bilmək olur. Belə xəstələrin ilkin əlaməti isə solğun olmalarıdır: "Anemiyanın da dərəcələri var. Sağlam, vaxtında dünyaya gəlmiş uşaqlarda 6 aylığında qanın ümumi analizi aparılmalıdır. Vaxtından öncə doğulanlarda isə 2-3 ayında bu analizi etmək lazımdır. Hemoqlobinin, dəmirin miqdarı yoxlanılır. Əgər normada deyilsə, müalicəsi aparılmalıdır. Anemiyanın səviyyəsinə görə müalicə təyin edilir. Yüngül formada deyilsə, həmin xəstələr dispanser qeydiyyatına alınır və vaxtaşırı müayinə və müalicələri aparılır”.
 
G.Hacıyeva deyir ki, anemiya uşaqlarda tək problem olaraq qalmır və o, ümumi sağlamlığa da mənfi təsir göstərir: "Bu cür uşaqlar çox zəif olurlar, tez-tez kəskin infeksiyalara yoluxurlar, xəstələnirlər. Dəmir və hemoqlobini aşağı olan uşaqların immuniteti də zəif olur. Bir az böyük, məktəbə gedən uşaqların zehinləri yaxşı olmur, dərsi yaxşı qavraya bilmirlər. Çox vaxt bu cür problemi olan uşaqların valideynləri onların dərslərini pis oxumalarından, narahatlıqlarından, saçlarının tökülməsindən, iştahsız olmalarından və s. problemlərdən şikayətlənirlər. Bu cür uşaqların çəkiləri də az olur”.

Dəmir çatışmazlığı 3-5 aya həll olunmur
 
G.Hacıyeva bildirdi ki, valideynlər uşaqlarının sağlamlıqlarına ciddi yaşansınlar, vaxtında sahə həkiminin müayinəsindən keçirsinlər: "Qidalanmalarına xüsusi diqqət etsinlər, çəkilərini nəzarətdə saxlasınlar, qanları yoxlanılsın. Uşaqlarında inkişafın normal getmədiyini, çəkilərinin az olduğunu görsələr, buna səthi yanaşmasınlar, həkimə müraciət etsinlər. Əgər ağır anemiya varsa, hematoloqa istiqamətləndirsinlər. Çox vaxt bizdə dəmirin səviyyəsini yoxlamadan müalicə yazırlar və bu da kömək etmir. Yüngül formada sahə həkimləri də müalicə apara bilərlər. Birinci dərəcəli anemiyada sahə üzrə mütəxəssisə müraciət etmək lazımdır. Onların qanlarındakı dəmir, dəmir mübadiləsi yoxlanılmalıdır. O da çox yerdə edilmir. Hematologiya İnstitutunda çox zəngin metodlarla yoxlanılır, lazım olan müalicə aparılır. Dəmir çatışmazlığı 3-5 aya həll olunmur. İki il qeydiyyatda olurlar, yoxlanırlar, yardım edilir. 5 yaşına qədər uşaqlarda dəmiri qaldırmaq çox çətin başa gəlir. Çox ağır hallarda, dərmanın, qidanın effekt verməsini gözləyə bilməyəcəyimiz məqamlarda qan köçürürük”.

Damcı-damcı şirə dəmir çatışmazlığını aradan qaldırmır

Həkim deyir ki, uşaqlıqda anemiya olması böyüyəndə bu problemdən əziyyət çəkməsinə səbəb olmur: "Uşaq vaxtı bu problem olanda onun səbəbini tapıb həll etmək lazımdır. Sadəcə olaraq, anemiyanın uşaqda hansı səbəbdən yarandığını tapıb, problemi aradan qaldırmaq lazımdır. Mədə-bağırsaq pozuntusu, qurd xəstəliyi və ya düzgün qidalanmamaq səbəbləri aradan qaldırılırsa, anemiya da yox olur. Bu elə xəstəlikdir ki, çox vaxt sağalır. Gərək valideynlər məsuliyyətli olsunlar. Bəzən qan azlığının, dəmir çatışmazlığının böyük problem olmadığını, şirələr verməklə düzələcəyini düşünürlər. Amma uşaq gərək nə qədər şirə içsin ki, dəmirin miqdarı qalxsın. Uşaq isə damcı-damcı şirə içir. Bu, dəmirin miqdarını qaldırmaq üçün yetərli ola bilməz. Zəngin müalicə getməlidir, dəmir preparatlarından da istifadə edilməlidir. Dəmir çatışmazlığı olan uşaqlardan birinin valideyninə uşağa ət məhsulları verməsini dedim. Ana dedi ki, bəs ət zərərli deyil? 3 yaşına qədər uşağın qidası ayrı olmalıdır. Bəziləri deyir ətin suyunu veririk. Bu düzgün deyil, uşaq ət yeməlidir. 6 aya qədər uşaq ana südü ilə qidalanmalıdır. Bəzən analar süni qidalara üstünlük verirlər. Süni yeməklər uşaqları kökəltsə də, dəmir çatışmazlığı olur. Ana südü ilə qidalanan uşaqlar sağlam və xəstəliklərə davamlı olurlar. Bir yaşına qədər süd verilməsi davam etdirilməlidir. Amma ana südü ilə yanaşı, vitamin mənbəyi olan meyvə-tərəvəzlərdən, yeməklərdən də istifadə edilməlidir”.

İmmunitet aşağı olur, tez-tez xəstələnirlər

Pediatr Günay Rəsulova deyir ki, problemin geniş yayılma səbəblərindən biri anemiya profilaktikasının uşaqlarda düzgün aparılmamasıdır: "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən belə qəbul edilib ki, 4 ayından etibarən bütün uşaqların gündəlik qida rasionuna kiloqrama 2,5 milliqram hesabı ilə dəmir əlavə edilməlidir. Bu, uşaqlar üçün nəzərdə tutulmuş dəmir siropları şəklində olur. Bir-iki ay profilatik əlavədən sonra uşağın qanı ümumi analiz edilir. Hemoqlobin normal səviyyədədirsə, dəmir əlavəsi dayandırılır, aşağıdırsa, bir neçə ay da davam etdirilir. Bundan başqa, düzgün qidalanmama, dəmirlə zəngin qidaların uşağa vaxtlı-vaxtında verilməməsi, qurd xəstəliklərinin geniş yayılması və vaxtında müraciət edib problemi həll etməmək qan azlığına səbəb olur. Qurd xəstəlikləri ilə əlaqədar yaranan iştahsızlığa qan azlığı səbəbilə yaranmış iştahsızlıq da əlavə olunur. Belə uşaqlar qidalanmaqdan imtina edirlər və çəki itirirlər. Böyrək xəstəlikləri, dəmirin mənimsənilməsinin və sorulmasının pozulması da anemiyaya səbəb ola bilər. Mədə-bağırsaq sistemi ilə bağlı xəstəliklər zamanı qida ilə sutkalıq alınan dəmir normal mənimsənilmir. Bu səbəbdən də uzunmüddətli dəmir çatışmazlığı ilə bağlı anemiya formalaşır”.

G.Rəsulova deyir ki, belə uşaqlarda halsızlıq, iştahsızlıq, yeməkdən imtina etmə, immunitetin aşağı düşməsi halları olur: "İmmunitetin güclü olmasına əsas səbəb qan elementləridir. Anemiyası olan uşaqların immuniteti aşağı olur, tez-tez xəstələnirlər, ürəkdöyünmə, oksigen çatışmazlığı olur, ağır anemiyalarda ürək çatışmazlığı kimi fəsadların yaranması da mümkündür. Anemiyası olan uşaqlarda patoloji iştah baş qaldırır. Bu, normalda yeyilməsi mümkün olmayan nələrəsə qarşı iştahdır. Torpaq, təbaşir yemə, ayaqqabı mazı, neft iyləmə kimi meyilləri olur. Müayinə zamanı belə uşaqlarda qaraciyər, dalağın böyüdüyünü görürük”.

Anemiyanın müalicəsi hər uşaq üçün fərdi olaraq aparılmalıdır


Həkim deyir ki, uşaqlarda halsızlıq, iştahsızlıq, tez yorulma, ürəkdöyünmə kimi hallar varsa, valideynlər diqqətli olsunlar. Qan analizi aparılmalı, uşaqların düzgün qidalanmalarına diqqət etmək lazımdır: "Uşağın ayına və yaşına uyğun olmayan qidalardan uzaq durmaq lazımdır. Qida əlavələrini vaxtından tez rasiona əlavə etmək olmaz. Dəmirlə zəngin qidalardan istifadə edilməlidir. Uşağa 7 ayında ətin suyunda tərəvəz püreləri, sonra isə artıq ətin özü farş və ya xırda tikələr formasında verilməlidir. Ətin suyu burada effektli olmur. Qaraciyər, paştet, tahin halvası kimi dəmirlə zəngin olan qidalar, B 12 ilə zəngin olan tərəvəz, taxıl məhsulları qida rasionunda olmalıdır. Dəmirin sorulmasına mane ola biləcək dərman preparatları və kalsiumla zəngin heyvani süd məhsullarını qida rasionuna vaxtından tez əlavə etmək olmaz. Meyvə şirələrinin tərkibində dəmir olması da yanlışdır. Meyvə şirəsinin tərkibində olan vitamin C digər qidalardan dəmirin mənimsənilməsini yaxşılaşdırır. Vaxtında diaqnostika qoyulmalıdır. Əgər uşaqda problem varsa, ən azı, 2-3 ay dəmir preparatları ilə müalicə mümkündür”.

G.Rəsulova deyir ki, bir yaşına qədər uşaqlara inək südü verəriksə, bu həm uşaqda qida allergiyasının formalaşmasına, həm bağırsaq selikli qişasının zədələnməsinə, həm də ikincili olaraq dəmirin sorulmasına gətirib çıxara bilər: "İnək südünün tərkibində olan kalsium, fosfor eyni zamanda dəmirin mənimsənilməsinə mane olur. Yerli-yersiz kalsium siroplarının, preparatlarının istifadə edilməsi gündəlik qida rasionunda aldığımız dəmirin mənimsənilməsi və sorulmasını pozacaq”.

G.Rəsulova sonda onu da bildirdi ki, anemiyanın müalicəsi hər kəs üçün fərdi olaraq aparılır: "Əvvəlcə anemiyanın növünü təyin edirik. Dəmir və ya B 12 defisiti, ya da talassemiya ilə bağlı olduğunu öyrənirik. Əgər dəmir defisitinə bağlıdırsa, yuxarıda qeyd etdiyim qarşısını alma və aradan qaldırma metodları tətbiq edilir. Əgər talassemiya daşıyıcılığı ilə bağlıdırsa, əksinə, dəmir preparatlarından uzaq durmaq lazımdır”.
loading...

Ləzzətli bəsləyici çörək.

Ləzzətli bəsləyici çörək.

 

Uşağın burunla nəfəs almasına fikir verin!!!

Uşağın burunla nəfəs almasına fikir verin!!!

 

ALLERGİK BRONXİT, YOXSA, BRONXİAL ASTMA??

ALLERGİK BRONXİT, YOXSA, BRONXİAL ASTMA??

 
 

DİSBAKTERİOZ" BİR MİFDİR!!

DİSBAKTERİOZ" BİR MİFDİR!!

 

Qurd Xəstəlikləri-VİDEO

Qurd Xəstəlikləri-VİDEO

 

ÇÖPÇÜ" YOXSA HƏKİM-MÜTƏXƏSSİS?

ÇÖPÇÜ" YOXSA HƏKİM-MÜTƏXƏSSİS?

 

"Uşağım aç qalır" narahatlığı köklüyə zəmin hazırlayır.

"Uşağım aç qalır" narahatlığı köklüyə zəmin hazırlayır.

 

PEYVƏNDSİZ UŞAQ QALMASIN!POLİOMİELİT-UŞAQ İFLİCİ XƏSTƏLİYİ

PEYVƏNDSİZ UŞAQ QALMASIN!POLİOMİELİT-UŞAQ İFLİCİ XƏSTƏLİYİ

 

6-8 AYLIQ KÖRPƏ MENYUSU

6-8 AYLIQ KÖRPƏ MENYUSU

 

ÖVLADINIZA ABUR-CUBUR ƏVƏZİNƏ BU KEKSİ YEDİRİN

ÖVLADINIZA ABUR-CUBUR ƏVƏZİNƏ BU KEKSİ YEDİRİN

  

UŞAQLARA RESEPT YAZARKƏN...

UŞAQLARA RESEPT YAZARKƏN...

 

"Doğru bilinən yalnışlar"haqqında-VİDEO

"Doğru bilinən yalnışlar"haqqında-VİDEO

 

UŞAQLARI ÇÖPÇÜYƏ GÖTÜRƏN ƏN SIX SƏBƏB!

UŞAQLARI ÇÖPÇÜYƏ GÖTÜRƏN ƏN SIX SƏBƏB!

 

UŞAQLARA ÇİYƏLƏK VERƏKMİ ?

UŞAQLARA ÇİYƏLƏK VERƏKMİ ?

 

UŞAQLARDA ROTAVİRUS-QIŞ İSHALINA DİQQƏT!

UŞAQLARDA ROTAVİRUS-QIŞ İSHALINA DİQQƏT!

 

QUSMA, İSHAL NİYƏ BU QƏDƏR ÇOX YAYILIB?

QUSMA, İSHAL NİYƏ BU QƏDƏR ÇOX YAYILIB?

 

UŞAQLARİNİZİ BAŞA DÜŞMƏYƏ ÇALİŞİN

UŞAQLARİNİZİ BAŞA DÜŞMƏYƏ ÇALİŞİN

 

Dəniz və ya hovuzlardan uşaqlara keçə biləcək təhlükəli xəstəliklər

Dəniz və ya hovuzlardan uşaqlara keçə biləcək təhlükəli xəstəliklər

   

Doyuzdurucu omlet

Doyuzdurucu omlet

 

"Diatez" deyib keçməyin❗

"Diatez" deyib keçməyin❗

 

DONDURMA YEMƏK ZƏRƏRLİDİRMİ?

DONDURMA YEMƏK ZƏRƏRLİDİRMİ?

 

TIMUS VƏZİ HAQQİNDA

TIMUS VƏZİ HAQQİNDA

 

KONDİSİONER MİKROBUNDAN UŞAQLARI UZAQ TUTUN

KONDİSİONER MİKROBUNDAN UŞAQLARI UZAQ TUTUN

 

PEDIATR DR.GÜNAY RƏSULOVA KÖRPƏLƏRİNİZƏ DAİR BÜTÜN SUALLARI CAVABLANDIRIR.

PEDIATR DR.GÜNAY RƏSULOVA KÖRPƏLƏRİNİZƏ DAİR BÜTÜN SUALLARI CAVABLANDIRIR.

 

MƏRCİMƏKLİ QIŞ PÜRƏSİ

MƏRCİMƏKLİ QIŞ PÜRƏSİ

 

Anaların qorxulu yuxusu,Limfa düyünü böyüməsi haqqında.

Anaların qorxulu yuxusu,Limfa düyünü böyüməsi haqqında.

 

ANA SÜDÜ ALAN UŞAQLAR SU İÇMƏLİDİRMİ?

ANA SÜDÜ ALAN UŞAQLAR SU İÇMƏLİDİRMİ?

 

UŞAQLARA OLUNAN YERSİZ MÜAYİNƏLƏR:

UŞAQLARA OLUNAN YERSİZ MÜAYİNƏLƏR:

 

Arı sancması

Arı sancması

 

ƏMİZDİRƏN ANAYA PRAKTİK ÖNƏRİLƏR;

ƏMİZDİRƏN ANAYA PRAKTİK ÖNƏRİLƏR;