• 11-dek-2018, 07:46

Uşaqlarda Vərəm.

Əgər övladınızda, gecə tərləmələri, halsızlıq,tez yorulma,çəki itirmə,inkişaf geriliyi,uzun sürən bəlğəmli öskürək ,qan hayxırma,axsamları yüksələn subfebril qızdırma,müalicəylə düzəlməyən pnevmoniya(sətəlcəm),varsa Vərəm ağıla gəlməlidir və siz dəqiqləşdirmək üçün həkiminizlə əlaqə saxlamalısınız.

Diaqnozu : Klinik müayinə, Rentgen, bəlğəmdə ARB, (azyaşlı uşaqlarda mədə aclıq suyunda ARB təyini) Vərəmli xəstə ilə təmas olması, PPD (Mantu) ilə qoyulur. Xüsusilə də uşaqlarda PPD negativliyi xəstəliyi inkar etməz .Qorunma, Vərəm əleyhinə peyvənd, vərəmli xəstə ilə təmasdan uzaq tutulması ilə olur. Ailədə, yaxınlarda, evə gedib gələn tanışlarda Vərəm xəstəliyi varsa , uşağın müayinə həkiminə bunu bildirmək lazımdır, gizlətmək sizin zərərinizə başa gələr.Vərəm müalicə olunan xəstəlikdir.Qorxmaq lazım deyil. Sadəcə vaxtında həkimə müraciət etmək və təyin edilən müalicə sxemini yeri yerində etmək lazımdır (6ay,bəzən 9-12 ay)Yeri gəlmişkən deyim,qapısında növbə gözləyən çöpçü xalalardan biri,Vərəm dispanserində qeydiyyatlı olduğu xəbərlərdə deyilmişdi. Həyat paylaşınca gözəldir,amma Vərəm paylaşılınca həyat gözəl olmaz.

Ehtiyatlı olaq

loading...

Həmçinin oxuyun