• 17-iyn-2018, 23:31

Yüksək qızdırma, inadlı qusma və ishal halları son günlər uşaqlar arasında çox yayılıb.

 
Qastroenterit hallarının əsas səbəbi uşaqlar arasında Rotavirus olaraq görülür.

Analar ilk növbədə qusan və qarnı gedən uşağa bol maye verməyə çalışmalı, hərarət varsa hərarətdüşürücü verməli, uşaq yeməkdən imtina edirsə məcbur etməməlidirlər.

Qusma inadlı hal alar, qızdırmanı da düşürmək mümkün olmazsa mütləq həkimə müraciət etməli, ehtiyac olarsa venadaxili müalicə və bir sıra müayinələr olunmalıdır.

Yayılmış bu infeksiyalardan uşaqları qorumaq üçün xəstə uşaqla təmasdan uzaq tutmalı, abur cubur və başqa təhlükəli yeyəcəklər uşaqlara verilməməli, uşaqların tez tez əlini yumalı, meyvə tərəvəz yaxşı yuyulmadan uşaqlara verilməməlidir.

loading...

Həmçinin oxuyun