• 09-sen-2016, 00:18

Uşaqlarda həzm sistemi xəstəliklərinin əsas səbəbləri

Uşaqlarda son illərdə həzm sistemi xəstəliklərinə təəsüfki tez tez rast gəlirik.
 
Səbəb?
 
Səbəbi çoxsaylidir.Həzm sistemi orqanlarin təməli ağız boşluğundan başlıyır.Yəni həzmin ilk mərhələsində yəni qidanin çeynənilməsində iştirak edən dişlərin sağlamlığı çox önəmli.Uşaqlarda diş çürüməsinin,kariesin ən sıx səbəbi dişlərə düzgün qulluq etməmək,yedikdən sonra dişləri təmizləməmək,şirniyyatlari çox yemək ki buda dişin mina qatini zədələyərək karies,diş çürüməsi,kimi problemlərə səbəb olur.
 
Yaxşı çeynənmiş qida qida borusu vasitəsilə mədəyə ötürülür.Uşaqlarda qida borusunun ən sıx rast gəlinən xəstəliyi.refluksa bağlı ikincili Ezofagitdir.Reflyuks yenidoğan dövründən ilk 6 aya qədər fiziolojidə ola bilər.Yəni bu aylarda uşaqlar yediyinin az bir hissəsini qaytara bilər.
 
Lakin uşaq hər qidalanmadan sonra yediyini fontanşəklində qaytararsa.kilo almazsa.narahatdirsa.sıx sıx tutan gecə öskürəkləridə varsa bu artıq fizioloji reflyuks deyil Qastroezofagiyal reflyuks xəstəliyi hesab edilir.Əmələ gəlmə səbəbi Qida borusunun girəcəyindəki Kardial sfinkterin çatışmamazlığı(mədənin girəcəyinin açıq olmasi),mədə turşuluğun artması.
 
Bəzi dərman preparatlarının qəbulu.qarındaxili təzyiqi artirıb mədənin boşalmasına mane olan səbəblər(qarında köp,geyinilmiş sıx paltarlar,sıx kəmər)qazlı suların uşaqlara verilməsi,tez tez yemək,qidanı tam çeynəmədən udmaq vərdişi,tez hazırlanan yeməklərin(fast food)yenidoğulma dövründə olan körpələrə süni qidalari rejimsiz,xüsusilə gecə saatlarında verilməsi,əlavə qidalara vaxtından tez başlamaq,reflyuks xəstəliyinin ən sıx yaranma səbəblərindəndir.
 
Uşaqlar arasında tez tez rast gəlinən mədə bağırsaq sistemi xəstəliklərindən biridə Qastritdir.Qastritin əsas yaranma səbəbi-mikrobialdir.Helikobakteri pilori qastritin əsas törədicisidir.Digər səbəblərdən.iltihab əleyhinə dərman vasitələrdən həkimlə məsləhətləşmədən yerli yersiz istifade edilməsi(nurofen,ibuprofen vəs)uşaqlar arasinda tez hazirlanan yeməklərin(fast foodların)çox yeyilməsi,daha çox quru yeməklərin istifadəsi,stress keçirən,bağçada və ya məktəbdə qeyri normal psixoloji ortamda narahat olma,həyəcanlanma əsas səbəblərdəndir.
 
Bağırsaq xəstəliklərindən uşaqlar arasında ən tez tez qarşımıza çıxan problem Qəbizlikdir.Qəbizlik uşaqlar arasında daha çox funksional olur.Əmələ gəlməsində əsas səbəb qeyri düzgün qidalanma və həyat tərzidir.Günümüzdə uşaqlar vaxtlarının önəmli hissəsini komputer televizor qabağında oturaraq hərəkətsiz keçirdikləri üçün və üstəlik defekasiyanı tez tez təxirə saldıqları və daha çox quru qidalara üstünlük verdikləri üçün Qəbizlik problemi elə sıx sıx qarşı qarşıya qalmaqdadırlar.
 
Az hərəkətli həyat tərzi uşaqlar arasında həmçinin Obez piylənmə xəstəliyinində əmələ gəlməsinə zəmin yaradır.Bağırsaqlara bağlı uşaqlarda həmçinin tez tez qarın ağrılarına səbəb İrritable colon sindrom-Qıcıqlanmış bağırsaq sindromu deyilən bir vəziyyətdir.Belə uşaqlar hər qidalanma sonrasi defekasiya aktı baş verər.və vaxtaşırı tutan qarın ağrilarindan şikayət edərlər.Səbəb daha çox sinir psixi faktordur.
 
Qurd invaziyaları və bağırsağın bakterial xəstəlikləri olan Salmonella və Dizenteriya ishallarının isə əsas yaranma səbəbi Çirkli su içmə,yaxşı yuyulmamış meyvə və tərəvəzin yeyilməsi,əllərin tez tez yuyulmaması,dırnaq yemək şərti gigiyena qaydalarına ciddi riayət etməməkdir.
 
Əziz Valideynlər körpənizin həzm sistemi xəstəlikləri ilə üz üzə qalmamalı üçün yuxarıda sadalanan səbəbləri aradan qaldirmaq lazimdir.Düzgün həyat tərzi,düzgün,sağlam qidalanma sağlam bir gələcəyin təməlini qoyan əsas meyarlardır.

Körpələrimizə sağlam həyat bəxş etmək və bunu nəsildən nəsilə ötürmək bizim əsas borcumuzdur

SAĞLAM OLAQ!

loading...

Həmçinin oxuyun