» » TEZ-TEZ XƏSTƏLƏNƏN UŞAQ,YORULMUŞ VƏ BEZMİŞ ANA!

TEZ-TEZ XƏSTƏLƏNƏN UŞAQ,YORULMUŞ VƏ BEZMİŞ ANA!

 


 Kimdir günahkar??


 Övladı tez-tez xəstələnən valideynlər, həmişə bir həyəcan,bir qorxu içində olurlar.


 "Görəsən uşağın immun sisteminde ciddi bir problemmi var?"."Görəsən tək mənim uşağımdır belə tez-tez xəstələnən?""Nə səbəbə belə tez-tez xəstələnir?" Bütün valideynlər əslində onların uşaqlarına qarşı çox diqqətli olduqlarını,onları bütün zərərli faktorlardan qorumağa çalışdıqlarını və bütün bu çabalarının nəticəsiz qaldıqlarını iddia edir və çox üzülürlər.Bəs əslində səbəb nədir? Doğrudan da niyə bu uşaqlar sıx-sıx xəstələnir?


 Həqiqət isə budur. İlk 6 ay uşaqlarda anadan alınan passiv immunitet bitir və onlar bundan sonra öz şəxsi immun sistemlerini qurmağa baslayirlar."Tez-tez xəstələnən uşaq" termini 1 yaşa qədər 4 dəfədən, 2-5 yaş arası ildə 5-6 dəfədən çox xestelenen uşaqlara deyilir. Sağlam hesab edilən uşaq isə ildə 8-10 dəfəyə qədər üst tənəffüs yolu infeksiyasi,ildə 2-3 dəfəyə qədər mədə-bagirsaq pozğunluğu keçirə bilər. Onların belə sıx-sıx xəstələnməsinin əsas səbəbi hər an yeni- yeni virus növləri ilə kontakt olmasıdır. Bu viruslar sizin temizkarliginizdan asılı olmayaraq hər yerdə var.Bu virusların texminen 200-ə qədər fərqli növləri var, hansı ki, onlar hər dəqiqə artır və mutasiya edərək fərqli növlərə çevrilir.Uşaq orqanizması da bu viruslar əleyhinə immunitet formalaşdırır.Bu proses illərlə davam edir.Bu səbəblə uşaqlar məktəbə və ya baxçaya gedərkən,və ya özündən böyük qardaş və ya bacısının evə gətirdiyi viruslarla yoluxub xəstələnirlər.Uşaqlar soyuq fəsillərdə sıx-sıx xəstələnsələr də bu xəstələnmənin səbəbi soyuq hava deyil,bu düşüncə ilə uşaqları havaya çıxarmaqdan məhrum etmək olmaz.Səbəb soyuq fəsillərdə insanların hava sirkulyasiyası yaxşı getməyən qapalı ortamlarda çox toplanmasıdır.Uşaqlar daha çox bağçada və məktəbdə xəstələnir.Çünki daim xəstə uşaqlarla təmas var,havalanma doğru olmayan,iqlimi uyğun olmayan qapalı otaqlarda təbii ki infeksiya asanlıqla yayılır.Bu hal evlərdə də belədir.Çox vaxt xəstə uşaq olan evi çox isitməkdən ötrü əllərindən gələni edən valideynlər əslində mexanizmin əksinə təsir göstərirlər.Belə ki,xəstələnməyə başlayan uşaq üçün optimal ev istilik(18-20 dərəcə) və nəmliliyi təmin edilərsə,xəstəlik daha tez sağalar və irəliləməz.Sıx soruşulan sualın "Həkim,oğlum(qızım)burnu axır,tək-tək öskürməyə başlayır,nə edim ki irəliləməsin?" cavabı; Otağın havasını sərin və nəmli saxlayın,uşağa bol maye verin,olduğu otağın havasını tez-tez dəyişin,uşaq özü istəmədikcə onu məcbur yedirməyin,və duzlu su məhlulları ilə burununu maximum açıq tutmağa çalışın.


 Tez-tez xəstələnən uşaqları respirator allergik xəstəliyi olan uşaqdan fərqləndirmək də vacibdir.
 2 yaşından yuxarı uşaqlarda uzun müddət davam edən burun axması varsa uşaq tez-tez burnunu qaşıyır və silirsə,qızdırması yoxdursa uşaq böyük ehtimal ki allergik uşaqdır,xüsusi ilə də bu simptomlar yaz aylarında başlayırsa allergik xəstəlik nəzərdən qaçmamalıdır.
 Çox valideynin narahat olduğu əsas məsələ uşağın tez-tez xəstələnməsinin əsasında altda yatan ciddi bir səbəbin olmasına dair olur.Tez-tez xəstələnən uşaqlardan çox çox az bir qismində anadan gəlmə immun çatmazlığı ola bilər ki,bu da çox  az rast gəlinən bir xəstəlikdir və fərqli olaraq belə xəstə uşaqlar hər xəstəliyi ciddi bir ağırlaşmayla keçirdir, çox vaxt belə uşaqlar uzun müddət xəstəxanada yatırlar.
 Bəs tez-tez xəstələnən uşaqların valideyni nə etməlidir?


 -İlk növbədə belə uşağa ümumən sağlam uşaq kimi baxmağı bacarmalıdır,əgər uşaq Pediatr müayinəsində sağlam uşaq kimi dəyərləndirilirsə narahat olmaq lazım deyil. Uşaq tez-tez xəstələndikcə bədən müxtəlif viruslara qarşı antitellər (qoruyucular) hazırlayr, get-gedə belə uşaqların orqanizması artıq bu viruslarla necə mübarizə aparılmasını öyrənmiş olur və immuniteti möhkəmlənir.


 -Uşaq xəstədirsə onu baxçaya vəya məktəbə göndərməməlisiz,belə xəstə uşaqlar evdə daha tez sağalır həmçinin ətrafdakıları yoluxdurmamış olur.Virus infeksiyalarının ilk 5 günü uşaqlar daha pis olur "soyuqlama simptomları 2 və ya 3 həftə davam edə bilir".Təkrarlanan virus infeksialarının xüsusi bir müalicəsi yoxdur lakin virus infeksiyasi otitlə, sinusitlə,pnevmoniya ilə,angina ilə ağırlaşmışsa müalicədə antibiotiklər həkim təyinatına əsasən verilə bilər.


 -Uşaqlara profilaktik peyvəndləri vaxtı vaxtında etdirməlidirlər,bağça və ya məktəbə gedən tez-tez xəstələnən uşaqlara isə əlavə olaraq "qrip əleyhinə vaxin" vurdursalar yaxşı olar


 -Sağlam uşaq böyütməyin əsas meyarlarından olan sağlam qidalanma,təmiz hava,normal və vaxtında yatmaq,uşağı aşırı fiziki və ya zehni yorulmağa qoymamaq da onun tez tez xəstələnməsinjn qarşısını əhəmiyyətli  dərəcədə almış olur.


Sağlam olun!

loading...

ZƏHƏRLİ HƏDİYYƏLƏR.

ZƏHƏRLİ HƏDİYYƏLƏR.

 

1 YAŞA QƏDƏR UŞAQLAR ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ QİDALAR

1 YAŞA QƏDƏR UŞAQLAR ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ QİDALAR

 

Hər tərləyən və ayağı əyri uşaq "Raxit" deyildir.

Hər tərləyən və ayağı əyri uşaq "Raxit" deyildir.

 

ÖVLADLARIMIZA PEYVEND ETMƏLİYİKMİ?PEYVƏNDLƏR HAQQINDA

ÖVLADLARIMIZA PEYVEND ETMƏLİYİKMİ?PEYVƏNDLƏR HAQQINDA

  

UŞAĞIN TİMUSU VAR???

UŞAĞIN TİMUSU VAR???

 

UŞAQLARDA ƏMGƏK NƏ VAXT BAĞLANIR?

UŞAQLARDA ƏMGƏK NƏ VAXT BAĞLANIR?

 

Ana südü ilə bağlı yanlışlıqlar.

Ana südü ilə bağlı yanlışlıqlar.

 

DİSBAKTERİOZ" BİR MİFDİR!!

DİSBAKTERİOZ" BİR MİFDİR!!

 

DƏMİRLƏ ZƏNGİN BU QİDALARI MÜTLƏQ ÖVLADINIZA YEDİRİN

DƏMİRLƏ ZƏNGİN BU QİDALARI MÜTLƏQ ÖVLADINIZA YEDİRİN

 

12-18 ayda sizi nələr gözləyir?

12-18 ayda sizi nələr gözləyir?

 

PEYVƏNDSİZ UŞAQ QALMASIN-GÖY ÖSKÜRƏK BƏLADIR

PEYVƏNDSİZ UŞAQ QALMASIN-GÖY ÖSKÜRƏK BƏLADIR

 

Uşaq xəstəlikləri-VİDEO

Uşaq xəstəlikləri-VİDEO

 

Uzun sürən öskürəklər Astma riski yaradır.

Uzun sürən öskürəklər Astma riski yaradır.

 

QIYMALI NOXUD ŞORBASI (7+)

QIYMALI NOXUD ŞORBASI (7+)

 

"Ana südü" haqqında yanlış təsəvvürlər

"Ana südü" haqqında yanlış təsəvvürlər

 

İsti havada bunları unutmayın!

İsti havada bunları unutmayın!

 

UŞAĞIN ÖDÜNDƏ QURD VAR?

UŞAĞIN ÖDÜNDƏ QURD VAR?

 

İlin soyuq aylarında uşaqlarda qrip və soyuqdəymə xəstəlikləri

İlin soyuq aylarında uşaqlarda qrip və soyuqdəymə xəstəlikləri

 

"KƏLLƏDAXİLİ TƏZYİQ" BƏLASI!

"KƏLLƏDAXİLİ TƏZYİQ" BƏLASI!

 

Armudu stəkanda "Anemiya".

Armudu stəkanda "Anemiya".

 

UŞAQLARI QARACİYƏR SİRROZUNDAN BU PEYVƏND QORUYUR.

UŞAQLARI QARACİYƏR SİRROZUNDAN BU PEYVƏND QORUYUR.

 

VITAMINLƏR VƏ SAGLAM HƏYAT TƏRZİ

VITAMINLƏR VƏ SAGLAM HƏYAT TƏRZİ

 

QUSMA, İSHAL NİYƏ BU QƏDƏR ÇOX YAYILIB?

QUSMA, İSHAL NİYƏ BU QƏDƏR ÇOX YAYILIB?

 

ƏMİZDİRƏN ANAYA PRAKTİK ÖNƏRİLƏR;

ƏMİZDİRƏN ANAYA PRAKTİK ÖNƏRİLƏR;

 

KÖRPƏMİN YEMƏKLƏRİNƏ DUZ ƏLAVƏ EDƏ BİLƏRƏMMİ?

KÖRPƏMİN YEMƏKLƏRİNƏ DUZ ƏLAVƏ EDƏ BİLƏRƏMMİ?

 

"Soyuqlama" yoxsa Qrip?

"Soyuqlama" yoxsa Qrip?

 

Körpəmə nə vaxt bal verə bilərəm?

Körpəmə nə vaxt bal verə bilərəm?

 

"ALLERGİK RİNİT" DEYİB KEÇMƏYİN!

"ALLERGİK RİNİT" DEYİB KEÇMƏYİN!

 

ANAMIN TORTU

ANAMIN TORTU

 

XORULDAYAN UŞAQ.

XORULDAYAN UŞAQ.