• 07-yan-2018, 23:25

Göy öskürək və ya Göy öskürəyə bənzər sindromlar

 

Mövsümün çox uzanmış,inadlı və keçmək bilməyən öskürəkləri,Göy öskürək və ya "Göy öskürəyə bənzər sindromlar"(Parapertussis,Adenovirus və.s)


 Yüksək qızdırma,əsasən gecə saatlarında olan uzanmış boğucu öskürəklər,ardınca ögümə,qusma ilə gedən və bəzən aylarla davam edən bezdirici öskürəklər çox yayılıb.


 Müraciət edən xəstələr çox vaxt bir neçə həkim qəbulunda olub müalicə almış və "effekt görməmiş" xəstələrdir.İlk cümlələri də "Ən yaxşı həkimlər baxıb amma sağalda bilməyiblər" olur.Məsələ orasındadır ki, bu infeksiyaların gedişatına təsir etmək onsuz da mümkün olmur.Müalicə yalnız və yalnız xəstəni ağırlaşmalardan qorumaq və simptomları mümkün qədər yüngülləşdirməkdən ibarətdir.Xəstəlik isə öz müddətini başa vurmamış simptomlar, əsasən də valideyni çox həyəcanlandıran boğulma və qusma ilə gedən gecə öskürəkləri çox,bəzən 4-6 aya qədər uzana bilir və tədricən keçir.Belə uşaqlar mütləq həkim nəzarətində olmalı,körpələrə isə stasionar nəzarət də lazım gələ bilər.
 Valideyn isə bu durumda mümkün olduqca təmkinli olmalıdırlar.


 Qorunmaq üçün profilaktik peyvəndləri vaxtında etdirmək,xəstə ilə təmasdan uşaqları uzaq tutmaq lazımdır.



loading...

Həmçinin oxuyun