• 29-okt-2017, 19:57

Uşaqlarda ayaqda ağrı hansı səbəblərdən görülə bilər?

Maraqlıdır,uşaqlarda ayaq ağrısı şikayəti eşidən kimi,bəzi həkimlərin və valideynin ağlına ilk "Revmatizma" xəstəliyi gəlir.Qəbula gələn xəstələrin çoxu artıq evdən bu "diaqnozla" gəlir.Əllərində də qanda yoxlanmış və "təsdiqlənmiş" müsbət revmotestlər.Yalnız bu analiz cavablarına əsasən aylarla boşuna Bicillin vurulan sağlam uşaqlar da gördük.Nəzərinizə çatdırım ki,Revmatizm diaqnozu sadəcə qan analizi ilə qoyulmur,xüsusi diaqnostik kriteriləri var ki,onu da işinin mütəxəssisləri bilir.

 Bəs uşaqlarda ayaqda ağrı hansı səbəblərdən görülə bilər?

 -Oynaq,sümük,əzələ ağrılari bir sıra Revmatik xəstəliklərin əsas əlamətidir.Yanaşı əsas və ciddi şikayətlər olur ki,mütəxəssis bunu aydınlaşdırır

 -Ayaq ağrıları bəzi ortopedik xəstəliklərdə də görülə bilər(onurğa əyrilikləri,yastıpəncəlilik,Perthes xəstəliyi,və.s)

 -Travma sonrası ola bilər(sınıq,çıxıq,burxulma,əzilmə və s)

 -Ayaq ağrıları qan xərçəngi və bəzi onkoloji xəstəliklərdə(sümük şişləri) ola bilər.Bu xəstəliklərdə tək ayaq ağrı şikayəti olmur,yanaşı basqa ciddi simptomlar da görülür.

 -3-12 yaş arası uşaqlarda böyümə ağrıları kimi də ayaqda ağrı şikayəti görülə bilər.

 

loading...

Həmçinin oxuyun