• 12-sen-2017, 22:19

"Uşağın boğazında ət varmı" necə bilmək olar?

 
 Müayinə sırasında valideynin sıx verdiyi sual,"Dr,uşağın boğazında ət varmı?" olur.

 Əslində,hamının boğazında "ət" yəni badamcıqlar olur,olmalıdır. İnsanlarda bəzən yanlış olaraq belə təəsürat formalaşıb ki, əgər badamcıq ölçücə böyükdürsə,"boğazda ət var"anlamına gəlir və kəsilməlidir.Bu belə deyil.Ölçücə nisbətən böyük badamcıqlar tam sağlam ola,uşağa heç bir narahatlıq vermiyə bilər,və ya ölçücə çox kiçik badamcıqlar ola bilər ki,tez tez iltihablaşaraq problemə səbəb olar və
 kəsdirilməyə(tonzillektomiyə) göstəriş ola bilər .Çox böyük badamcıq uşaqda boğulma,udma pozğunluğu verirsə və ya birtərəfli böyümə varsa kəsilməlidir.

 Xülasə,HANSI HALLARDA "BOĞAZ ƏTİ"KƏSİLMƏLİDİR??

 Uşaq 1 ildə 7 dəfədən çox,2 il ard arda hər ildə 5 dəfədən çox, 3 ildə,hər il 3 dəfədən çox angina olursa,badamcıq ölçüsü uşağı boğacaq qədərdirsə,gecələr boğulma,nəfəs durması verir və birtərəfli badamcıq böyüməsi varsa boğaz əti kəsilməlidir.
 Tez tez angina olmanın ağırlaşmaları isə Peritonzillar abses ,Kəskin revmatik qızdırma,Kəskin qlomerulonefrit,septisemiyadır.

loading...

Həmçinin oxuyun