• 07-sen-2016, 23:36

UŞAĞIN TİMUSU VAR???

Yenidoğulan körpələr nəfəs alarkən çıxan xırıltı səsi "Timusu var"demək deyil.Bu səs tənəffüs yollarının anatomik olaraq hələ tam formalaşmamasına bağlı meydana çıxan STRİDOR dur və zamanla ən gec 1 yaşına qədər bu səs itib gedəcəkdir. Təəsüf ki bu xırıltı səsi çox vaxt "Timomeqaliya"kimi dəyərləndirilib körpələr yerli yersiz müalicələrə məruz qoyularaq guya "timusu kiçiltməyə"çalışırlar.Ən acınacaqlısı isə bu yalnış "diaqnoz" səbəbilə uşaqların Profilaktik peyvəndlərdən kənarda qalmasıdır.Bu "xəstəliyə"şübhə olduqda uşağı rentgen müayinəsinə göndərməklə boşuna şüaya məruz qalmalarına səbəb olunur. Nəzərinizə çatdırım ki bu vəz doğulan hər uşaqda olur və körpə yaşlarında quruluşca nisbətən böyük olur.Bu tamamilə normal,hətta olması vacib bir haldır.Körpənin "Timusu var" deyə üzülmək əvəzinə sevinmək lazımdır.Çünki bu vəzin olmaması çox ağır xəstəlik göstericisi ola bilər və körpənin ölümünə səbəb ola bilər (De George sindromu).Timus vəzi İmmun sistemimizin əsas və mərkəzi orqanıdır.İnsan yaşlaşdıqca timus vəz kiçilir və xərçəng xəstəliyi,autoimmun xəstəliklər,infeksiyon xəstəliklər riski qat qat yüksəlir.Odur ki Əziz Analar,"Körpənizin Timusu varsa" onu boşuna müalicələrə məruz qoymaq yox,bu xoşbəxtliyin dadını çıxarmaq lazımdır Sağlam olaq!

loading...

Həmçinin oxuyun