• 21-apr-2017, 22:29

Baş dərisi qabıqlanması

 
Baş dərisi qabıqları körpələrdə sıx görülən bir vəziyyətdir. Quru ağ ya da sarı pullar şəklində baş dərisi üzərində qabıq yaradır. Kəllə üzərində kiçik bir sahədə qabıq şəklində görülür. Daha böyük bir sahədə qabıqlanma şəklində də ortaya çıxa bilər, bəzən qaşlara kipriklərə qədər yayıla bilər.

Bu qabıqlar çox qaşınır və uşağı çox narahat edir.Səbəbi atopik dermatit və ya seboreya adlı dəri xəstəliyi ola bilər. Bunu həkim fərqləndirir.Bu qabıqları təmizləmək üçün çimməzdən öncə qabıqlara isidilmiş bitki yağı çəkin, çimən zaman isə şampunla nəmləndirib xırda dişli daraqla tam təmizləməyə çalışın.

Çox vaxt əmgəyin üstü olduğu üçün valideyn gərəksiz narahatlıq keçirib təmizləməkdən qorxurlar. Bu proseduru həftədə 2-3 dəfə tekrarlamaq kifayət edəcək.

loading...

Həmçinin oxuyun