• 11-apr-2017, 14:17

Uşaqlara olunan yersiz radioloji müayinələr

Uşaqlara olunan yersiz radioloji müayinələr ( Rentgen, Komputer tomoqrafiya, Fluoroskopiya kimi) onlarda  onkoloji xəstəliklər riskini artırır. Məs, körpələrə " Timus xəstəliyinin diaqnostikası " üçün çəkilən Döş qəfəsi rentgeni, hər öskürən uşağa çəkilən rentgen, bir az belini əyri tutan, ayağını əyri basan uşaqlara çəkilən sümük rentgenləri, hər qəbizliyi olan uşağa( xüsusi göstəriş olmadan)çəkilən İrriqoqrafiya,(bağlrsaq rentgeni), yersizdir. Göstəriş olmadan hər baş ağrı, baş gicəllənmə şikayətinə görə çəkilən Baş beyin Komputer tomoqrafiyası zamanı uşaq 3.5 mSV qədər şüa alır( hətta həkim göstərişi olmadan birbaşa gedib "başı aparata saldıranlar" bir daha düşünün). Bu 1 illik alınan təbii radiasiya şüalarının cəminə bərabərdir(3 msv,bu təxminən  1156 dəfə rentgen çəkilməsi zamanı alınan şüaların cəminə bərabərdir)Bundan başqa uşaqların istifadə etdiyi telefon, planşet, İ-pad, komputerlə aldığı şüalar illik təbii radiasiya alımını 2 qat artırmış olur.Onlara bu pisliyi etməyinn.

loading...

Həmçinin oxuyun