• 11-noy-2016, 12:59

DƏMİRLƏ ZƏNGİN BU QİDALARI MÜTLƏQ ÖVLADINIZA YEDİRİN

 
Uşaqlarda Dəmir defisitli anemiyanın profilaktikası üçün 6 ayından etibarən əlavə qidalanmaya başlamaq lazımdır.Uşaq qida rasionunda dəmirlə zəngin heyvani və bitki tərkibli yeyəcəklər mütləq olmalıdır.Heyvani qidaların tərkibindəki dəmir hem formasında olduğu üçün daha asan mənimsənilir.Dəmirlə zəngin qidalar:

-Qırmızı ət
-Toyuq və dana qaraciyəri
-Toyuq və balıq əti
-Yumurta
-Üzüm
-Bəhməz
-Quru paxlalılar-lobya,soya,mərci
-Quru ərik
-Quru kişmiş
-Quru tut
-Yaşıl yarpaqlı tərəvəzlər-ispanaq,cəfəri
-Fındıq,fıstıq,badam
-tahin bəhməzi,tahin halvası və s.

Qida ilə alınan dəmirin mənimsənilməsini pisləşdirən yeyəcəklər:


-Süd,qatıq,ayran,smetan(Calsiumla zəngin qidaları dəmirlə zəngin qidalarla eyni vaxtda qəbul etmək).
-Çay,kofe.
Uşaqlara çay vermək qətiyyən məsləhət deyildir.Bu yeyəcəklərin əvəzinə uşaq qida rasionunda dəmirin mənimsənilməsini daha da yaxşılaşdıran C vitamini ilə zəngin qidaların olması məsləhətdir.Alma şirəsi,Portağal şirəsi, və s yeməkdən sonra uşağa verilən çayı əvəz edərsə, daha sağlam qidalanma ilə sağlam körpə böyütmüş olarıq.Sağlam olun!.


loading...

Həmçinin oxuyun

Şərhlər 3

Meftune (Ziyaretçi)
salam hekim. mariflendirdynizucun teshekur. bu vitaminli qadalari 7ayliq ushaqlarada vermek olarmi. yeni portagal shiresi, merci, behmez, tutqurusu, erik qurusu,
Gunay (GunayResulova.Com)
Salam Məftunə xanım alışdırma üsulu ilə həssaslığın olub olmadığını yoxladıqdan sonra vermək olar.Quruları isə rəndələyib sıyıqlarına qata bilərsiz.Nuş olsun)
seadet (Ziyaretçi)
Salam Xanim Menim qizim 11ayin icindedi.sudum azdi ama qiizm ele sudle qidalanir.yemek Yaxsi yemir yalandan yeyir 3-4qasiq.sup bisirirem bolqabag puresi duyu manni qrecka kasasi gucnen yeyir.yediyi rastiska banan ana sudu.normaldi az yemeyi?masalalh aktiv usaqdi.ne deyirem anlayir.aktivliyi eladi