• 12-sen-2016, 01:45

"TƏBİƏTİN FENOMENİ" SAYİLAN ANA SÜDÜ HAQQİNDA

Ana südü uşaq üçün nadir və ideal qidadır. Ana südünün nadir tərkibinə görə alimlər onu "təbiət fenomeni" kimi qiymətləndirirlər. Ən müasir və bahalı süni uşaq qidasının tərkibi ana südünün tərkibinə hətta "yaxınlaşa bilməz".

Ana südünün tərkibi olduqca mürəkkəbdir və bu günümüzə kimi alimlər tərəfindən tam ifşa olunmayıb. Hal hazırda alimlər ana südünün tərkibində 400 komponent aşkar ediblər! Ana südünün tərkibi daim dəyişilir - əmizdirmənin əvvəlində süd daha "suludur", axırında isə daha yağlıdır; gecə saatlarında günorta saatlarla müqayisədə süd daha yağlı olur; uşaq böyüdükcə südün mineral tərkibi də dəyişilir.

Yenidoğulmuş körpənin mədə-bağırsaq sistemi qidanı hələ ki mükəmməl şəkildə həzm edə bilmir. Ana südü bu problemi də həll edir. Ana südünün tərkibində qidalı maddələrdən əlavə bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər də var. Məhz bu fermentlər uşaq orqanizminə yağları, karbohidratları və s. maddələri həzm etməyə kömək edir. Beləliklə, ana südü sözün əsl mənasında özü özünü həzm etdirir. Dünyada uşaq üçün ana südü kimi daha asan və rahat mənimsənən qida yoxdur.

Südün əsas tərkib hissəsini su (80% artıq) təşkil edir. Lakin bu adi su deyil, bu bioloji aktiv sudur. Bu su uşağın orqanizmi tərəfindən tam mənimsənilir və onun suya olan ehtiyacını tam ödəyir. Hətta isti yay günlərində tez-tez əmizdirilən körpə susuzluqdan əziyyət çəkmir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpəyə su, çay və s. mayeləri verməyə tövsiyə etmir (bu qayda yalnız kəskin susuzlaşma ilə müşayiət olunan xəstəliklər zamanı pozula bilər).

Ana südünün növbəti vacib komponenti - karbohidratlardır. Ana südündə karbohidratların əsas hissəsini laktoza təşkil edir. Laktoza uşağın inkişafında böyük rol oynayır. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək edir. Laktoza uşağın mərkəzi sinir sisteminin inkişafı üçün də çox vacibdir. Bundan əlavə ana südündə olan laktoza uşağın bağırsaqlarında lakto- və bifidobakterilərin əmələ gəlməsini stimullaşdırır. Lakto- və bifidobakterilər isə bağırsaqlara düşən zərərli mikrobların inkişafına mane olur ki, nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur. Yalnız ana südü ilə qidalandırılan körpənin bağırsaqlarının mikroflorasında lakto- və bifidobakterilər 95%-dən artıq təşkil edir.

Ana südünün tərkibində, təbii ki, yağlar da var. Ana südündə xüsusi əvəzsiz yağ turşuları var ki, onlar uşağın inkişafı üçün (xüsusilə beyinin və bağırsaqların inkişafı üçün) olduqca vacibdir.

Ana südünün tərkibində olan zülallar yağlarla müqayisədə daha çoxdur. Zülalların səviyyəsi uşaq böyüdükcə tədricən azalır. Məsələ burasındadır ki, zülalların orqanizmə qida ilə artıq miqdarda daxil olunması böyrəklər üçün ziyanlıdır ki, bu nəticədə insan orqanizmində metabolik stresə səbəb ola bilər. Metabolik stres isə öz növbəsində müxtəlif xəstəlik və pozulmalara (şəkərli diabet, piylənmə və s.) yol açır.

Qidalı maddələrdən əlavə ana südünün tərkibində uşaq orqanizmi üçün vacib olan bütün vitamin və mikroelementlər var. Ən əsası isə odur ki, bütün bu maddələr, praktik tam olaraq uşaq orqanizmi tərəfindən mənimsənilir. Məsələ burasındadır ki, bütün bu mikroelementlər ana südündə xüsusi zülallarla bağlıdır ki, məhz bu səbəbdən orqanizm onları asanlıqla mənimsəyir. Müqayisə üçün deyə bilərik ki, qida məhsullarından insan orqanizmi vitamin və mikroelementlərin yalnız müəyyən kiçik faizini mənimsəyə bilir.

- Ana südü tək qida deyil. Ana südünün qoruyucu funksiyası da var. O, uşağın orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, onun immun sisteminin inkişafına kömək edir. Ana südü müxtəlif immun faktorlarla zəngindir: lizosim - təbii "antibiotik"; makrofaqlar - mikrobları məhf edən xüsusi hüceyrələr; ananın həyatı boyu keçirilmiş xəstəliklərə qarşı olan anticismlər. Beləliklə, ana südü ilə qidalandırılan körpə müxtəlif xəstəliklərə qarşı etibarlı müdafiə alır.

Çoxdan sübut olunmuşdur ki, ana südü ilə qidalandırılan uşaqlar süni qida alan uşaqlarla müqayisədə daha gec-gec bağırsaq pozulmaları, respirator xəstəliklər, allergiyalarla üzləşir. Vaxtdan tez doğulmuş, azçəkili, zəif körpələr üçün təbii qidalanma (ana südü ilə) olduqca vacibdir.
- Qidalı maddələr və immun faktorlardan əlavə ana südündə spesifik maddələr (hormonlar, inkişaf faktorları və s.) vardır ki, bu maddələr ən yaxşı və bahalı süni uşaq qidasında yoxdur. Onlar ana südünə mikroskopik dozalarla daxil olunduğuna baxmayaraq, məhz bu bu maddələr uşağın mükəmməl fiziki və əqli inkişafını təmin edir.


- Həkimlərin fikirinə görə, təbii qidalandırılma nəinki körpənin normal inkişafını təmin edir, hətta müxtəlf xəstəliklərin ən yaxşı profilaktik üsuludur. Belə ki, məhz ana südü ilə qidalandırılma piylənmə, allergiyalar, ateroskleroz, müxtəlif mədə-bağırsaq sistemi xəstəlikləri, şəkərli diabet, bədxassəli şişlər, stomatoloji problemlər və s. xəstəliklərinin uzun illər sonra inkişaf etməsinin qarşısını alır. Müasir araşdırmalar sübut edir ki, ana südü ilə qidalandırılma hipertoniyanın və ürəyin işemik xəstəliyinin inkişafının riskini azaldır.
- Nəticədə bir neçə vacib şeyləri nəzərinizə salaq. Ana südü ana və onun körpəsi üçün müftədir. Süni süd qarışıqlarının qiyməti isə kifayyət qədər yüksəkdir. Uşaq böyüdükcə onun süni südə olan tələbatı artır və bu cavan ailənin büdcəsinə ciddi zərbə vurur.

Ana südü defisit ola bilməz. Lakin süni süd qarışığı defisit ola bilər.

Ana südü yalnız çox nadir hallarda uşaqda allergiyaya səbəb ola bilər. Süni süd qarışıqları isə əksinə tez-tez allergiyalara səbəb olur. Bəzi uşaqlara ümumiyyətlə, demək olar, heç bir süd qarışığı uyğun gəlmir.

loading...

Həmçinin oxuyun