• 16-apr-2017, 12:58

Bəsləyici pudinq

Vəsaitlər:

*1 xörək qaşığı düyü
*1/2 banan
*çay qaşığının ucuyla darçın
*1 çay qaşığı buğda rüşeymi
*1 çay qaşığı manna yarması
*su

Hazırlanması:

Düyünü bir neçə dəfə çox yaxşı yuyun və qaynamaqda olan suya atın. düyü çəngəllə asanca qırılan hala gələnə və içində az su qalana qədər (manna yarmasını çəkəcək qədər su qalmalıdır) qaynadın və manna yarmasını əlavə edin . Qarışdıraraq manna yarmasını da bişirin. Altını söndürüb bir qaba alıb çəngəllə əzin. Digər bir qabdan yarım bananı çəngəllə əzin, üzərinə, darçın və buğda ruşeymini əlavə edib, qarıştırın. Sonra bişən  düyülü, manna yarmalı qarışığı əlavə edin, ilıq olunca körpənizin sevdiyi südü, ya da ana südünü əlavə edib qarışdırın. 

Qeyd: 7 ayından etibarən körpələr yeyə bilər.

Nuş olsun körpənizə.

loading...

Həmçinin oxuyun