» » “Yeməyini yeməsən, XOXAN səni yeyəcək...” – Qorxularla yanlış tərbiyə üsulu

“Yeməyini yeməsən, XOXAN səni yeyəcək...” – Qorxularla yanlış tərbiyə üsulu

Ləman Hüseynzadə / AZADİNFORM. Uşaqların formalaşmasında başlıca yeri onların tərbiyəsi tutur. Gələcəyimizi formalaşdıran əksər valideynlər isə adətən tərbiyə üsulu olaraq uşaqları qorxudub nələrisə etməyə vadar edirlər.

Məsələn həkimlə qorxudub yemək yedirdirlər, yatızdırırlar. Və nəticədə həkimi uşağın gözündə hər şeyin sonu kimi canlandıraraq uşağı məcburiyyət və seçim qarşısında qoyurlar. Və ya digər bir hal. Çətin yatan uşaqları yatırtmaq üçün qeyri-adi bilinməyən məxluqların, möcüzəvi varlıqların adların çəkirlər ki, yatmasan gəlib səni aparacaq. Torbalı kişi, xoxan bu kimi varlıqlar sırasındandı. Gülünc də olsa bu bir reallıqdı həqiqətən. Hələ ötən gün yolda bir hadisəyə şahid oldum. Ana öz oğluna deyir ki, “hələ evə gedək ətindən ət kəsəcəm”, “ağlama, yoxsa indi kəsəcəm”. Uşağın yerinə mən qorxdum o valideyndən. Təbii ki, burda uşağın tərbiyəsi də düzgün formalaşmayacaq. Daim üzərində qorxu olacaq.

Mövzu ilə bağlı Azadinform-un suallarına cavab verən psixoloq Gülnarə Əliyeva bildirib ki, qorxu təbii bir hissdir və insan doğularkən qorxu ilə doğulur: “Müəyyən yaş dövrlərində – çağalıq, körpəlik və məktəbə qədər dövrlərdə uşaqlarda bəzi ümumi qorxular vardır ki, bunlar normal olan qorxulardır. Əgər uşaq qorxursa, bu onun normal inkişafının göstəricisidir. Qorxu insanın müdafiə mexanizmasıdır və insanın özünü təhlükələrdən qorumasıdır. Bir uşaq istidən, soyuqdan, yıxılmaqdan, anasından ayrılmaqdan qorxmursa, deməli onu təhlükələr gözləyir. O, özünə zərər yetirə bilər. Uşaq çağalıq dövründə 0-6 ayında əsasən yüksək səsdən, ani hərəkətdən, 6-12 ayında yad insanlardan qorxur. Fikir versək görərik ki, o yaşda olan uşaqlar başqa insanların qucağına getməkdən qorxurlar. 1-6 yaş qorxuları isə ana-atadan ayrı düşmək, bəzi heyvanlardan, qaranlıqdan, təbiət hadisələrindən (əsasən 3-6 yaş, şimşəyin səsi) qorxmaq və bağçaya getmək qorxusudur. Uşaqlar 6-12 yaş dövründə artıq cəzalanmaqdan, yaralanmaqdan, müəllimin tənqidindən qorxmağa başlayırlar. Yaş etibarilə bu qorxular normal sayılır”.

Psixoloq qeyd edib ki, lakin çox təəssüf ki, biz valideynlər uşaqlarda bəzi anormal qorxuları yaradırıq. “Daha sonra isə bunun əzablarına qatlanırıq. Bunun nəticəsində uşaq həkimdən, xoxandan, ruhdan, itdən, qaranlıqda gözə görünməyən nədənsə qorxmağa başlayırlar. Xaricdə – elə Rusiyanın özündə yaşayan uşaqlar həyətdə it-pişik görəndə ona toxunmaqdan qorxmurlar, əksinə sığallayırlar. Bizim cəmiyyətdə isə uşaq it görəndə ona nəsə zərər verəcəyini düşünür. Çünki uşaq o cür tərbiyə görüb. Hansı ki valideyn uşağa deyir ki, “yeməyini yeməsən, itə deyəcəm gəlib səni yeyəcək”, “həkimə deyəcəm gəlib sənə iynə vuracaq”. Ona görə də lazım olduqda uşaq həkimə yoxlanışa gedəndə normal şəkildə oturmaq əvəzinə çığırır, səsi bütün xəstəxanadan eşidilir. Və ya digər bir məsələ. Gələcəkdə çöl iti olmasın, ev iti olsun yenə də biz uşağı məcbur edirik ki, onu sevsin, ona sığal çəksin. Təbii ki, heç vaxt çəkməz. Amma biz məcbur edirik. Bu qorxuları valideynlər yaradır və zaman keçdikcə bunu hiss etmirlər. Uşaq bu otaqdan o otağa keçməyə, qaranlıqda tək qalmaqdan qorxur, tək oynaya bilmir. Sonra valideynlər başlayırlar düşünməyə ki, uşaq niyə belə oldu, niyə bunlardan qorxdu. Halbuki bu qorxunun təməlin elə valideynlər qoymuşdu”.

G. Əliyeva hesab edir ki, qorxular getdikcə uşaqda fobiyaya da çevrilə bilir, özgüvəndə əskikliyə də gətirib çıxarır: “Bu da cəmiyyətdə özünü düzgün ifadə etməməyə, sosial fobiyalara gətirib çıxarır. Cəmiyyətimizin də istər böyüklərdə, istərsə də uşaqlarda elə ən böyük problem də özünü ifadə etməyi bacarmamaqdır. Bunlarında səbəbi uşaqlıqda qorxu ilə qoyulan qadağalardır. Qorxu da niyə qoyulur? Valideyn uşağa istədiyini etdirə bilməyəndə bu cür vasitələrə əl atır. Və o zaman uşaq istədi-istəmədi yatır, yeməyini yeyir. Yəni zor gücünə bunları edir. Bu valideynlər tərəfindən daha asan tərbiyə üsulu hesab olunur. Lakin bu düzgün deyil, əksinə uşaqda hansıs qorxu varsa, onu çalışıb yavaş-yavaş yenmək lazımdır. Uşaqları qorxu ilə tərbiyə etmək yerinə düzgün qaydalarla tərbiyə etmək lazımdır. Əgər uşaqlarda qorxu, özgüvən zəifliyi varsa və yenə bilmirlərsə daha peşəkar yardım alaraq bunun öhdəsindən gəlməyi bacarmaq lazımdır. Çünki müəyyən davranış pozğunluqları da yaranır. Bunlar dırnaq yemə, müəyyən göz-qaş hərəkətlərinin təkrarən olması, dırnaq çeynəmə və.s-dir. Yəni uşaq qorxduğu anda bu hərəkətləri edir və bunlar vərdiş halını alır. Nəticədə qorxunun mənfi fəsadları özünü büruzə verir”.

  Bu barədə Azadinform-a açıqlama verən həkim-pediatr Günay Rəsulova qeyd edib ki, ümumiyyətlə uşaqları həkimlərlə, tibb bacıları ilə qorxutmaq qətiyyən düzgün deyil: “Çünki belə olan halda biz müayinə əsnasında çox ciddi problemlər yaşayırıq. Uşaqlar müayinəyə tabe olmur, yəni hər an onlara nə isə zərər verəcəyimiz haqqında düşünür və qorxub fobiyalara qapılır. Bu səbəbdən də valideynlər uşağı həkimə gətirməmişdən öncə bir növ onları psixoloji hazırlamaları lazımdır. Həkim sənə heç nə etməyəcək, həkim insana zərər vermir kimi fikirlər yürütməlidirlər ki, uşaq müayinədə özünü yaxşı aparsın və biz də rahat müayinə apara bilək”. Pediatr vurğulayıb ki, bundan əlavə, eyni zamanda nəyin ki, uşaqlıq dövründə, hətta insanın gələcək dönəmlərində də bu şüuraltında həmişə ciddi bir problem kimi qalır: “İnsan böyük yaşda belə həkimə getdikdə müəyyən dərəcədə qorxur, stressə düşür və ya həkimə getməkdən yayınır, imtina edir. Beləliklə də nəticədə xəstəliklərin gedişatı ciddi bir hal alır. Buna görə də valideynlər heç vaxt həkim və tibb bacıları ilə uşaqların qorxutmamalıdırlar. Əgər doğurdan da tibbi bir müdaxilə olunursa uşaqlara bunu yalnız və yalnız uşağın öz sağlamlığı xeyrinə olduğunu izah edib başa salmalıdırlar. Əksinə bu qorxulardan onları azad etməli, qorxuları yenməyə çalışmalıdırlar”.
loading...

✅Febril qıcolmalar (FQ)

✅Febril qıcolmalar (FQ)

 

Hansı hallarda uşaq qidalarına keçidə zərurət yaranır? -VİDEO

Hansı hallarda uşaq qidalarına keçidə zərurət yaranır? -VİDEO

 

DONDURMA YEMƏK ZƏRƏRLİDİRMİ?

DONDURMA YEMƏK ZƏRƏRLİDİRMİ?

 

Uşaqların sağlamlığında aşkarlanan problemlərə səbəb nədir?

Uşaqların sağlamlığında aşkarlanan problemlərə səbəb nədir?

 

QIYMALI NOXUD ŞORBASI (7+)

QIYMALI NOXUD ŞORBASI (7+)

 

UŞAQLARI ÇÖPÇÜYƏ GÖTÜRƏN ƏN SIX SƏBƏB!

UŞAQLARI ÇÖPÇÜYƏ GÖTÜRƏN ƏN SIX SƏBƏB!

 

Göy öskürək və ya Göy öskürəyə bənzər sindromlar

Göy öskürək və ya Göy öskürəyə bənzər sindromlar

 

Dəniz və ya hovuzlardan uşaqlara keçə biləcək təhlükəli xəstəliklər

Dəniz və ya hovuzlardan uşaqlara keçə biləcək təhlükəli xəstəliklər

   

UŞAQLARDA PNEVMONİYA (Sətəlcəm)

UŞAQLARDA PNEVMONİYA (Sətəlcəm)

 

KÖRPƏLƏRDƏ İNFANTİL KOLİK (KÖP VƏ QAZ SANCİSİ) VƏ MÜALİCƏSİ

KÖRPƏLƏRDƏ İNFANTİL KOLİK (KÖP VƏ QAZ SANCİSİ) VƏ MÜALİCƏSİ

 

Uşaqlarda Linfa Vəzilərinin Böyüməsi

Uşaqlarda Linfa Vəzilərinin Böyüməsi

 

Valideynlərin nəzərinə !

Valideynlərin nəzərinə !

 

UŞAQLARI ŞƏKƏRDƏN UZAQ TUTUN.

UŞAQLARI ŞƏKƏRDƏN UZAQ TUTUN.

 

Uşaqlarda infeksion xəstəliklər-VİDEO

Uşaqlarda infeksion xəstəliklər-VİDEO

 

Yenidoğulmuş körpələrdə nəyə diqqət etməli?-VİDEO

Yenidoğulmuş körpələrdə nəyə diqqət etməli?-VİDEO

 

Körpəmin saçları

Körpəmin saçları

 

8 AYLIQ KÖRPƏ MENYUSU.

8 AYLIQ KÖRPƏ MENYUSU.

 

KÖRPƏLƏRDƏ "ANTİBİOTİK ÇATIŞMAMAZLIĞI" NƏDİR?

KÖRPƏLƏRDƏ "ANTİBİOTİK ÇATIŞMAMAZLIĞI" NƏDİR?

 

UŞAQLAR ÜÇÜN GÜNÜN SUPER DADLI MENYUSU-BROKOLİ ŞORBASI

UŞAQLAR ÜÇÜN GÜNÜN SUPER DADLI MENYUSU-BROKOLİ ŞORBASI

 

Uşaqlarda Bronxial Astma

Uşaqlarda Bronxial Astma

 

Abur Cubur Çox Sevirik?

Abur Cubur Çox Sevirik?

 

KÖRPƏMİN YEMƏKLƏRİNƏ DUZ ƏLAVƏ EDƏ BİLƏRƏMMİ?

KÖRPƏMİN YEMƏKLƏRİNƏ DUZ ƏLAVƏ EDƏ BİLƏRƏMMİ?

 

GECƏ QİDALANDIRMANIN ZƏRƏRLƏRİ HAQQINDA

GECƏ QİDALANDIRMANIN ZƏRƏRLƏRİ HAQQINDA

 

ÖVLADLARIMIZI QORUYAQ !

ÖVLADLARIMIZI QORUYAQ !

 

Uşaqlarda göz xəstəlikləri-VİDEO

Uşaqlarda göz xəstəlikləri-VİDEO

 

Autizm Maariflendirmə

Autizm Maariflendirmə

 

TEZ-TEZ XƏSTƏLƏNƏN UŞAQ,YORULMUŞ VƏ BEZMİŞ ANA!

TEZ-TEZ XƏSTƏLƏNƏN UŞAQ,YORULMUŞ VƏ BEZMİŞ ANA!

 

ÇÖPÇÜ" YOXSA HƏKİM-MÜTƏXƏSSİS?

ÇÖPÇÜ" YOXSA HƏKİM-MÜTƏXƏSSİS?

 

UŞAQLAR ÜÇÜN GÜNÜN ƏN DADLI MENYUSU

UŞAQLAR ÜÇÜN GÜNÜN ƏN DADLI MENYUSU

 

İsti havada bunları unutmayın!

İsti havada bunları unutmayın!