• 07-noy-2016, 00:49

XORULDAYAN UŞAQ.

   
Gecə yatarkən xoruldama,burunla deyil ağızla nəfəs alan uşaqlarda,burun tənəffüsünə maneə  yaradan səbəb, ən çox Adenoid hiperplaziyaya bağlı olur.Adenoid toxuma limfoid sistemə aid olub,bəzi uşaqlarda ölçücə böyük ola bilər.Belə uşaqlar daim ağzı açıq olur,gecələr xoruldayır,yuxusu narahat olur,boğulmaya bağlı tez tez oyanır və keyfiyyətli yuxu yatmazlar.Yuxusu normal olmayan uşaqlar gün ərzində yorğun,əzgin görünər və yaddaşı zəif,əsəbi olar.Ağzı ilə nəfəs alan uşaqlar soyuq,tozlu,çirkli havanı bir başa tənəffüs edər və belə uşaqlarda tez-tez yuxarı tənəffüs yolu xəstəlikləri,angina(tonzillit)faringit,bronxit görülər.

Böyümüş adenoid toxuma udlaqla qulaq arasında olan evstax borusunun girişini qapadar və belə uşaqlar tez-tez otit(orta qulağın iltihabı) keçirır və getdikcə eşitmə zəifliyi əmələ gələr.Adenoidi böyük uşaqlarda gecələr sidiyə qaçırma(enurez)epizodları sıx - sıx görülər.
Daim ağzı ilə nəfəs alan uşaqlarda alt çənə tədricən önə gələr ( prognatizm) və sifət normal konfiqurasiyasını dəyişər və kosmetik qüsur formalaşar.
Bütün bu fəsadları gözə almadan,Əziz Valideynlər, gecələr xoruldayan övladınız varsa Adenoid hiperplaziya vaxtında diaqnostika edilib,uyğun müalicə üsulu seçilməlidir(cərrahi və ya konservativ) Sağlam olun!

loading...

Həmçinin oxuyun