• 14-dek-2016, 13:38

UŞAQLARI "GƏZDİRİCİYƏ" QOYMAYIN!

 
Gəzdiricilər-bir tərəfdən valideynlər üçün "işə yararlı" kimi görünsə də,uşaqlar üçün çox zərərlidir.Xüsusilə də, vaxtından tez 5-6 aylarında gəzdiriciyə qoyulan uşaqlarda  aşağıdakı bir sıra fəsadlar yarana bilər.

-Hələ dik durmaya hazırlıqlı olmayan uşağı dik tutarsaq yığılaraq durduğu üçün onurğa əyrilikləri-kifoz,skolioz əmələ gələ bilər.

-Ayaq quruluşu hələ hazır olmadığı üçün ayaq deformasiyaları əmələ gələ bilər.

-Qalça hələ tam formalaşmadığı üçün vücud ağırlığının simmetrik və asimmetrik qalçaya yüklənməsi bir sıra problemlərə səbəb ola bilər.

-Uşaq əslində gəzdiricidə yerimir,ayağı ilə itələyir.Ayaq boyu qısa gəldiyi üçün və tam basa bilmədiyi üçün ayağının ucuna basar və bu vərdiş halına çevrilər və uşaq sərbəst yeriməyə başlayanda ayağının ucunda gəzər.

-Uşaq "qaşla göz arasında " stol örtüyünü tutub çəkərək stol üzərindəki isti çay,yemək və ya ağır əşyaları üzərinə aşıra bilər.

ABŞ da aparılan araşdırmalara əsasən 1-12 ay arasında uşaqlarda baş beyin travmalarının 90 % səbəbi gəzdiricilərdir.

Övladınızın fiziki,psixi,zehni cəhətdən sağlam olmasını istəyirsinizsə gəzdiricilərdən istifadə etməyin.Sağlam olun.


loading...

Həmçinin oxuyun