• 21-okt-2019, 13:22

İki fərqli adla eyni dərmanı uşağa verməniz ölümcül ola bilər. Diqqət!!!


Bilirik ki, bir dərman, yəni, eyni molekula, fərqli satış adı ilə əczaxanalarda satılır. Əsasən də qızdırma salıcı dərmanlar. Hansı ki, ən tez-tez istifadə edilir və hər evdə fərqli adla çox sayda qızdırma dərmanı var. Yüksək qızdırmalı uşağın anası həyəcanla uşağın qizdirmasını salmağa çalışınca, bəzən eyni tərkibli amma başqa adlı dərmanlari uşağa verir ki, (misal üçün, biri Cefekon D şam, digəri Panadol sirop, tərkib hər ikisində parasetamoldur.) bu uşaqda doza həddinin aşılmasına və dərman zəhərlənməsinə hətta ölümlə nəticələnə bilən fəsadlara gətirib çıxara bilər.Həmçinin bu dərmanların istifadəsi zamanı dərmanın içlik vərəqəsinə baxıb uşağa dərman dozasını özbaşına təyin etmək təhlükəlidir. Mütləq həkimlə məsləhətləşin. Sağlam olun!

loading...

Həmçinin oxuyun